Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Bəşirov Ruslan Şükür oğlu

Gəncə Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Xocalı rayonu üzrə)

Bəşirov Ruslan Şükür oğlu 01 noyabr 1981-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1988-ci ildə Xocalı şəhər 2 №-li tam orta məktəbin 1-ci sinfinə getmiş, 1992-ci ildə Xocalı faciəsi ilə əlaqədar olaraq məcburi köçkün kimi Naftalan şəhərində məskunlaşaraq Naftalan şəhərində fəaliyyət göstərən Xocalı şəhər 1 №-li tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş və Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə bitirmişdir. 2003-cü ildə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 4 №-li tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2003-2004-cü illərdə həqiqi hərbi xidmətə olmuşdur. 2004-2005-ci illərdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 4 №-li tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllim kimi işini davam etdirmişdir. 2005-2016-cı illərdə Xocalı rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. 2017-ci ildən hal-hazıradək Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. 3 övladı var.