Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompozisiya

10.05.2019

Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi, dövlət xadimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur. Gəncə şəhəri Heydər Əliyev Mərkəzi, MKS-nin 16 nömrəli kitabxana filialı və 32 nömrəli orta məktəb ilə birlikdə mərkəzdə “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompozisiya təqdim edildi. Tədbirdən öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyuldu, əziz xatirəsi dərin ehtiramla yad edildi. Mərkəzin elmi işçisi Gülər Ellazova tədbiri açaraq dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi zəngin həyat yolu haqqında məlumat verdi. Sonra məktəbin musiqi müəllimi Akif Əsədovanın müşayəti ilə “Qızıl səs” xor kollektivinin ifasında “Azərbaycanım” mahnısı səsləndirildi. Məktəbin şagirdlərinin ifasında Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim edildi. Tədbir Nəzrin Əsədova və Aydın Nuriyevin “Sən elə bir zirvəsən” və “Əziz Ana” mahnıları ilə davam etdirildi. Mərkəzdə yerləşən MKS-nin 16 nömrəli kitabxana filialının təşkil etdiyi sərgi nümayiş etdirildi.

 

119 KB

 

101.2 KB

 

103 KB