Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə Tolerantlıq festivalının sərgisi

13.05.2019

Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Tolerantlıq festivalının sərgisi oldu.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun və digər rəsmi qonaqların, şəhər ziyalılarının və digər müəsisə və təşkilat rəhbərlərinin, mədəniyyət incəsənət işçilərinin iştirakı ilə keçirilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi rəhbərinin birinci müşaviri Denis Daniilids İMAGİNE Avropa Tolerantlıq festivalı barədə məlumat verdi.

O, qeyd etdi ki, sərgidə fransanın tanınmış fotoqrafı Nikolas Landemardın 35 əsəri nümayiş etdirilir. Azərbaycan tolerant bir ölkədir və belə tədbirlərin keçirilməsi əlbəttəki vacibdir.

Sonra sərgiyə baxış keçirildi.

 

20.6 KB

 

22.4 KB

 

23.2 KB