Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Samux rayonu Mərkəzi Kitabxanada “Oxu bayramı

13.05.2019

Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Oxu bayramı” və “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” başlıqları altında geniş tədbir keçirildi.

Tədbirdə Samux rayon İcra Hakimiyyəti Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, İctimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin baş məsləhətçisi Mehman Əliyev, bir çox idarə və təşkilatlar, 1 və 2 saylı baxçalar, 01 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

Tədbirin bədii hissəsində, Azərbaycanda Kitabxanaların rolu və kitab oxumağın əhəmiyyəti haqqında danışıldı. Həmçinin tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü geniş məruzə ilə qeyd edildi.

Tədbirin 2-ci hissəsində məktəb və baxça şagirdləri şeirlər və rəqslərlə çıxış etdilər. Kitabxananın direktoru Şəhla Abdullayeva tədbirlərimizdə fəal iştirak edən baxça müdirləri və məktəb direktorlarına diplom və hədiyyələr təqdim etdi. Tədbirin sonunda Kitabxananın fəal oxucuları fəxri fərman və hədiyyələrlə təltif olundular.

 

35.1 KB

 

35.3 KB

 

25 KB