Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Unudulmayan qadın qəhrəman”

20.12.2017

20.12.2017-ci il tarixdə Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anadan olmasının 55 illiyi ilə əlaqədar “Unudulmayan qadın qəhrəman” başlığı altında anım günü keçirildi.

Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açdı və Milli Qəhrəmanlarımızın və şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, filialın böyük kitabxanaçısı Gülnar Hüseynova çıxış edərək Salatın Əsgərovanın qəhrəmanlığı haqqında danışdı.

Tədbirdə həmçinin Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları mövzusuna da toxunuldu. Bu mövzunu əhatə edən kitab iştirakçılara təqdim olundu.

Tədbirin sonunda Milli Qəhrəman Salatın Əsgərovanın qəhrəmanlığını əks etdirən video çarx nümayiş olundu.

Tədbirdə kitabxananın fəal oxucuları iştirak etdi.

 

1.8 MB