Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“26 İyun Azərbaycanın Milli Ordu günüdür” adlı konfrans

26.06.2019

Goranboy rayon Heydər Əliyev Mərkəzində, 26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibətilə “26 İyun Azərbaycanın Milli Ordu Günüdür” mövzusunda konfrans keçirildi. Konfransda “N” saylı hərbi hissənin əsgər və zabit heyyəti, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak etdilər. Konfransı Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açıq elan etdi. Sonra Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı İlqar Əsgərov, MKS-nin əməkdaşı Günel Vəliyeva 26 İyun Silahlı Qüvvələr gününə həsr olunmuş mövzuda çıxış etdilər. Sonda Heydər Əliyev Mərkəzinin əməkdaşları və “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə xatirə şəkli çəkildi.

 

84.6 KB