Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xalq rəssamı Toğrul Nərimanbəyova həsr olunmuş sərgi

07.08.2019

Goranboy Dövlət Rəsm Qalereyasında Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun doğum günü ilə əlaqədar sərgi təşkil edilmişdir. Sərgidə rəssamın Ulu öndərlə olan fotoları nümayiş olundu.

Qalereyanın direktoru Çinarə Abdullazadə rəssamın həyat və yaradıcılığı barədə sərgi tamaşaçılarına məlumat verdi. Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Yaradıcılığının ilk dövrünə aid əsərlərdən "Bayıl mənzərəsi", "Fırtınadan da güclü", "Səadət", "Sevinc", "Həyat naminə", "İşıqlı gələcək uğrunda" və başqalarını qeyd etmək olar. Rəssamın "Emalatxanada", "Kafedə", "Qız Qalası", "Talış dağlarında", "Yaylaqda", "Çoban ailəsi", "Məhsul bayramı", "Bağda çayxana", "Bakıda bazar" və s. əsərlərinin hər biri əsl sənət nümunələridir.

Rəssamın portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

 

30.7 KB