Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

” Bir şahmatçının memuarı”

07.09.2019

Bu gün Mərkəzi kitabxananın oxu zalında,əməkdar məşqçi, Gəncə Şahmat Məktəbinin əsasını qoyan ilk direktor Salman Cavadzadənin " Bir şahmatçının memuarı" kitabının təqdimat və imza günü keçirildi.Tədbirdə şəhərmizin ziyalıları, ictimai nümayəndələri, əməkdar məşqçi və şahmat ustaları, şahmat məktəbinin kollektivi iştirak edirdi.Əməkdar jurnalist, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədli müəllifin fəaliyyəti və kitab haqqında iştirakçılara geniş məlumat verdi. Əməkdar müəllim, 30 N-li məktəbin direktoru, vaxtilə Salman müəllimin şagirdi olmuş İlham Həsənov, "Novosti Ganja" qəzetinin redaktoru İrina Kalaşnikova, Kitabın redaktoru,əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Şaiq Quliyev, Əməkdar məşqçi, 5 qat Azərbaycan Çempionu Lalə Məmmədova,!979- 1980 ci tədris ilində yaradılan Şahmat Məktəbinin( Salman müəllimin öz dili ilə desək ), ilk qaranquşu və şahzadəsi, respublika yaırşlar çempionu Təranə Səidova, keçmiş icra başçısı Elsevər İbrahimov, professor Hasil Fətəliyev, Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktor müavini Fəridə Qədimova Şahmat Məktəbinin inkişafında, respublika və keçmiş SSRİ, beynəlxalq səviyyədə tanınmasında Salman müəllimin əvəzsiz əməyindən, gözəl, mehriban bir kollektiv,əsil "Şahmat ailəsi" yaratmasından danışdılar. Sonda Salman Cavadzadə yüksək səviyyədə keçirilən təqdimatda Simay Altuna, bütün iştirakçılara, kitabxana rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirdi. Bildirdi ki, şahmatın əsas şüarı "Gens una sumas"dır, yəni, biz bir ailəyik. MəktəbiMüəllif öz imzasıyla kitablarını oxucularına və kitabxanaya bağışladı.

 

31.9 KB

 

45.3 KB