Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Sonuncu Mogikan”

06.09.2019

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 06.09.2019-cu il tarixdə Amerika yazıçısı Ceyms Fenimor Kuperin anadan olmasının 230 illiyi münasibətilə “Sonuncu Mogikan” adlı kitabının təqdimatı keçirildi. Kitabxanaçı Nərmin Həsənova açaraq tədbir iştirakçılarına yazışının həyatı,yaradıcılığı və kitab haqqında geniş məlumat verdi. Bildirdi ki yazıçı Fenimor Kuper XIX əsr Amerika ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, Amerika hindularının həyatını, məişətini və adətlərini təsvir edən ilk və ən məşhur romantik yazıçılardandır. “Dəri corab” pentalogiyasına daxil olan “Sonuncu Mogikan” romanında müəllif yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransızların mübarizəsini böyük sənətkarlıqla təsvir etmişdir. Bildirdi ki, “Dünya ədəbiyyatından seçmələr” nəşr seriyasına daxil olan bu kitab 127 səhifədən ibarətdir və “Altun Kitab” nəşriyyatında nəşr olunmuşdur. Roman Əsəd Zeynalovun tərcüməsi əsasında sadələşdirilmiş, ixtisar edilmiş və məktəblilər üçün nəzərdə tutulmuşdur. Sonda Nərmin Həsənova tədbir iştirakçılarına Ceyms Fenimor Kuperin “Sonuncu Mogikan” adlı kitabını istədikləri zaman Uşaq kitabxanasının fondundan əldə edə biləcəklərini bildirdi.

 

30.5 KB