Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qoca Şərqin güzgüsü - Mirzə Cəlil “

09.09.2019

09.09.2019-cu il tarixdə, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri böyük yazıçı, publisist, mütəfəkkir və ictimai xadim Cəlil Məmmədquluzdənin 140 illiyi münasibətilə “Qoca Şərqin güzgüsü - Mirzə Cəlil “ başlığı altında dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə filial müdiri Elza Əliyeva açaraq Cəlil Məmmədquluzadənin həyatı haqqında geniş məlumat verdi..

Tədbirdə iştirak edən Göygöl rayon 8 Mart ümumi orta məktəbin dil-ədəbiyyat müəlliməsi Validə Xəlil qızı Hüseynova Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövründən bəhs etdi. Fəal oxuculardan Hüseyn Əliyev XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən "Ölülər" komediyası haqqında danışdı. Kitabxanaçı Nərgiz Məmmədova, iştirakçılardan Sevil Əliyeva, Bəyim Məmmədova, Nurcan Hüseynova və başqaları mövzu ətrafında fikirlərini bildirdilər.

 

28.2 KB