Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hüseyn İbrahimov – 100

02.10.2019

Goranboy rayon Mərkəzi Kitabxana Sistemində Azərbaycan yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş konfrans keçirildi.

Tədbiri giriş sözü ilə Goranboy rayon MKS-nin direktoru Gülnarə Nəsibova açdı. O, yazıçının 100 illiyi münasibəti ilə verilmiş Prezident Sərəncamından danışdı və kitabxana filiallarında da silsilə tədbirlərin keçirilməsini vurğuladı.

Xidmət şöbəsinin baş kitabxanaçısı Durdanə Bayramova yazıçının həyatı haqqında geniş məlumat verdi.

Xidmət şöbəsinin fond bölmə müdiri Gülnar Nəcəfova yazçının yaradıcılığı haqqında danışdı, əsərləri haqqında geniş məlumat verdi. Yazıçının böyük filosof, şair, dramaturq Hüseyn Cavidə həsr etdiyi “Böhtan” əsərini, Memar Əcəmiyə həsr etdiyi “Əsrin onda biri” kimi tarixi romanı haqqında danışaraq bu əsərləri ən gözəl bədii sənət nümunəsi adlandırıdı. Mövzu ərtafı çıxışlar oldu.

Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova çıxış edərək xalq yazıçısının çoxcəhətli ədəbi və ictimai fəaliyyətini yüksək qiymətləndirdi, onun Naxçıvan ədəbi mühitinin formalaşmasında ictimai fəliyyətindən söz açdı. Sonra Kitabxananın daimi oxucuları Zahidə Kazımova, Turanə Quliyeva da məruzə ərtafı çıxışlar etdilər.

 

49.7 KB