Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Narkomaniyaya “yox” deyək”

01.10.2019

Xocalı şəhər 4 saylı tam orta məktəbin iclas zalında Xocalı rayon Mədəniyyət evi və Xocalı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Təhsil şöbəsinin məsləhətçisi Xəyyam Cəfərov narkotik vasitələrin yaratdığı fəsadlar haqqında məlumat verdi və bildirdi ki, narkomaniya ilə mübarizəni bütün dövlət qurumları aparmalı və maarifləndirici tədbirlər keçirilməlidir.

Daha sonra çıxış edən Xocalı rayon Polis şöbəsinin əməkdaşı mövzu ilə bağlı geniş çıxış edərək, narkomaniyanı əsrin bəlası adlandırdı. Gənclərimizi bu kimi pis vərdişlərdən uzaq saxlamaq üçün ailənin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı.

Tədbirdə çıxış edən Xocalı rayon Mədəniyyət evinin direktoru Orxan Məmmədov narkotik vasitələrdən istifadə edənlərin cəmiyyətdən təcrid olunduğunu, bu kimi halların yaşanmaması üçün gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırmağın vacibliyini qeyd etdi. O bildirdi ki, narkotik vasitələrdən asılılıq həmin maddələrdən bir və ya bir neçə dəfə istifadə etməkdən qaynaqlanır.

Tədbirdə çıxış edən Xocalı şəhər 4 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahnaz Əliyeva narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd etdi.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

24.3 KB