Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

5 oktyabr – Müəllimlər günüdür

05.10.2019

Samux rayon Mərkəzi Kitabxana Sistemində 5 Oktyabr – Müəllimlər günü ilə bağlı bayram tədbir təşkil olundu. Tədbirə M.Ələkbər Sabir adına 1 saylı orta məktəbin müəllim və şagirdləri dəvət olunmuşdur. Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva açıq elan etdi. O, öz növbəsində müəllimləri Müəllim günü münasibəti ilə təbrik etdi və onlara işlərində uğurlar arzuladı. MKS-nin rəssamı Günay Nəbiyeva “Əziz müəllimim” başlığı altında məruzə ilə çıxış etdi. 1 saylı məktəbin şagirdləri öz şeir və rəqslərini təqdim etdilər. Sonda MKS-nin direktoru Şəhla Abdullayeva müəllimlərə diplom və hədiyyələr təqdim etdi.

 

44.8 KB