Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Məktəb zamanı gəldi” adlı tədbir

05.10.2019

Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi Beynəlxalq Müəllilər günü münasibəti ilə “Məktəb zamanı gəldi” adlı tədbir keçirmişdir.

Tədbir iştirakçıları öncə Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, onun Azərbaycan təhsilinin inkişafındakı rolunu böyük ehtiramla yad etmişlər.

Müəllimlər gününə həsr edilmiş tədbir daha sonra Tarix-Diyarşünaslıq muzeyində davam etdirilmişdir. Tədbiri muzeyin direktoru Rəcəb Qarayev açaraq qeyd etmişdir ki, 5 oktyabr Beynəlxalq Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Beynəlxalq Müəllimlər günü, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Müstəqil Azərbaycan təhsilinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyatımızın bütün sahələri kimi təhsilimiz də tərəqqiyə qovuşdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci-vitse prezident Mehriban xanım Əliyeva təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsinə daim böyük qayğı göstərirlər. Azərbaycanda təhsillə bağlı çoxlu sayda Dövlət Proqramları qəbul olunmuşdur. İndi ölkəmizdə təhsil Dövlət Strategiyasına çevrilmişdir.

Tədbir daha sonra ekskursiya ilə sona çatmışdır.

 

28.9 KB

 

25.3 KB