Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə Mədəniyyət kanalı ilə əməkdaşlıq çərçivəsində yeni layihə əsasında “II Azərbaycan Xalq Mahnıları festivalı”

09.10.2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə və müəssisələrin əməkdaşlıq çərçivəsində 2019-ci ilin 8-13 oktyabr tarixində yeni layihə “II Azərbaycan Xalq Mahnıları Festivalı” keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA Folklor İnstitutunun iştirakı ilə keçirilən xalq mahnıları festivalı bizim milli-mənəvi dəyərlərimizin təbliğinə, o cümlədən qədim və zəngin tarixə malik xalq mahnılarımızın yeni nəsilə çatdırılmasına xidmət edir. Oktyabr ayının 9-da isə Azərbaycanımızın dilbər guşələrindən biri olan qədim Gəncə şəhərində “II Azərbaycan Xalq Mahnıları Festivalı”nın 2-ci günü artıq öz işinə başlamışdır. Gəncə Dövlət Filarmoniyasında Göygöl Dövlət Mahnı və Rəqs ansanbılının “Qədim Ozan” adlı kollektivin və digər sənətkarlar ibarət konsert təşkil olunub. Festivalda Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Səadət Təhmirazqızı iştirak ediblər. Seadət Təhmirazqızı çıxış edərək, təşkilatçılarına və iştirakçılarına öz təşəkkürlərini bildirdi, qeyd etdi ki, xalq musiqisi hər bir xalqın özünəməxsus sərvətidir. Bu günkü konsertdə çıxış edən sənətkarlar Azərbaycan Xalq Musiqisinin keşiyində duran və Azərbaycan Xalq Musiqisini böyük məmnuniyyətlə təbliğ edən sənətkarlarımızdır və həmin sənətkarların sırasında Respublikamızın Xalq artisti Şahnaz Haşımovada iştirak edib. Konsert tamaşaçılarına və Gəncə şəhərinin ictimaiyyətinə xoş təəsüratları bağışlayıb. Qeyd edək ki, Festivalın bədii rəhbəri Ramil Qasımov, baş koordinator Bəhruz Niftəliyev, koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, musiqi redaktoru Riad Quliyev, redaktor Nuray Əliyevadır.

 

39.9 KB

 

40.4 KB

 

40.4 KB