Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Məhsəti Gəncəvi Mərkəzində “Fantaziya” adlı Beynəlxalq foto və rəsm sərgisi

08.11.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Fantaziya” adlı Beynəlxalq foto və rəsm sərgisi keçirildi. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramov açaraq tədbirə gələn rəsmi qonaqları – Türkiyə, Gürcüstan, Tacikistan, Hollandiya, Moldaviya dövlətlərinin səlahiyyətli nümayəndələrini, eləcə də digər iştirakçıları salamladı. 9 Noyabr Azərbaycan Dövlət Bayrağı günü ərəfəsində keçirilən bu sərgidə Tacikistan, Hollandiya və Moldaviyanın rəssam və fotoqraflarının 100-ə yaxın əsərləri nümayiş etdirildi. Nümayiş etdirilən foto və rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılandı. Sərgi noyabr ayının 15-dək davam edəcəkdir.

 

68.9 KB

 

69.2 KB

 

82 KB