Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində təntənəli yığıncaq keçirildi

13.02.2020

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 8-ci ildönümü ilə bağlı Heydər Əliyev Mərkəzində Dövlət  Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin təntənəli yığıncağı keçirildi. Yığıncaqdan əvvəl Kəpəz rayon İcra Hakimiyyətinin, Dövlət Xidmətinin rəsmiləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə təzə-tər çiçəklər düzdülər. Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyatı və siyasi fəaliyyətini əks etdirən ekskursiya təşkil olundu.
Sonra təntənəli yığıncaq açıq elan edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Azərbaycanın ərazi bütövlüyü suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncaqda Kəpəz rayon İcra Hakimiyyətinin başçısı cənab Eldəniz Xudıyev, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi cənab polkovnik-leytenant Elşən Abbasov, Gəncə şəhəri Müharibə Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları veteranlar təşkilatının sədri ehtiyatda olan polis polkovniki Yusif Məmmədov, Azərbaycan Respublikası Qarabağ əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Gəncə şəhər filialının sədri ehtiyatda olan polkovnik-leytenant Məmməd Rəhimov çıxış etdilər.
Çıxışlarda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab general-leytenant Arzu Rəhimovun Xidmətin bütün şəxsi heyyətinə diqqət və qayğının nəticəsi olaraq hər il bayramlarda maddi yardımların verilməsi, hərbi qulluqçulara vaxtından əvvəl növbəti hərbi rütbələrin verilməsi, ildönümlərdə işində fərqlənən hərbi qulluqçulara, mülki işçilərə fəxri fərman, pul mükafatlarının verilməsi və sair həvəsləndirici işlər xüsusi vurğulandı.
Kəpəz rayon İcra Hakimiyyətinin başçısı cənab Eldəniz Xudıyev və İcra Hakimiyyəti başçısının muavini Qurban Rzayev Azərbaycan Respublikası Qarabağ əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin “Vətən Naminə” medalı ilə təltif olundular.
Sonra xidməti vəzifələrinin icrasında müsbət nailiyyətlər əldə edən hərbi qulluqçulara, mülkü işçilərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin Fəxri fərmanları, diplomları, “Xatirə Plaketləri”, pul mükafatları verildi.

 

85.3 KB

 

81.3 KB

 

81.5 KB