Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bremen musiqiçiləri” adlı kitab müzakirəsi

12.02.2020

Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 13 №-li Uşaq kitabxana filialında Alman yazıçısı Qrim Yakobun anadan olmasının 235 illiyi ilə əlaqədar “Bremen musiqiçiləri” adlı kitab müzakirəsi keçirildi.
Tədbirdə kitabxananın kiçik yaşlı üzvləri iştirak etdi. Kitabxanaçı Könül Qafarova ilk olaraq uşaqları salamladı və alman yazıçılarının yaradıcılığı haqqında oxuculara məlumat verərək bildir ki, İki qardaş - Vilhelm və Yakob Qrimm kənd-kənd, şəhər-şəhər gəzib sadə xalqın dilindən həmin nağılları dinləyib yazıya almasaydı, bəlkə də bu gözəl nağılların çoxu günümüzə qədər gəlib çatmayacaqdı. Vilhelm və Yakob heç zaman nağıl yazmasalar da, müxtəlif şəxslərin nəql etdiyi nağılları toplayaraq yazıya köçürmüş, onları müqayisəli təhlil etmiş, fikir və ifadələri müasir dilə uyğunlaşdırmışdı. Qrimm qardaşlarının ən məşhur nağılları: “Bremen musiqiçiləri”, “Ağbəniz və yeddi cırtdan”, “Boran xanım”, “Ağgül və Qızılgül”, “Hansel və Qrethel”, “Canavar və yeddi çəpiş”, “Dirilik suyu Cırtdanlar”, “Rapunsel”, “Saman çöpü”, “Kömür və paxla Cəsur dərzi”, “On iki qardaş”, “Dəmir Hans”, “Ağ ilan” kiçik yaşlı oxucuların sevdikləri nağıllar siyahısındadır. Yazıçıların yazdığı maraqlı nağıllardan biri də “Bremen musiqiçiləridir”. Sahibi tərəfindən tərk edilmiş uzunqulaq Bremen şəhərinə küçə musiqiçisi olmaq məqsədilə yollanır. Uzunqulaq və dostları bir evə rast gəlirilər, beləcə Bremen musiqiçiləri, uzunqulaq, xoruz, it, pişik bu evdə firavan həyat sürürlər. Nağılın tərbiyəvi əhəmiyyəti çoxdur. Beləki nağılda oxuculara dostluq, sevgi, bir-birlərinə inam və hörmət münasibətləri bir daha aşılanır.
Tədbirin davamında kiçik yaşlı oxucular nağılı yenidən oxudu və nağıl ətrafında öz müzakirələrini apardılar. Hər bir oxucu öz maraqlı fikirləri ilə seçildi. Tədbir kiçik yaşlı oxucular tərəfindən maraqla qarşılandı.

 

70.4 KB

 

64.2 KB

 

59 KB