Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Samux rayon Mərkəzi Sistemində “Xocalıda can qaldı” adlı tədbir keçirildi

26.02.2020

Samux rayon Mərkəzi Kitabxana Sisteminin  oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə “Xocalıda can qaldı” mövzusunda tədbir keçirildi. Tədbir Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuşdu.
Ilk növbədə oxuculara  xidmət  şöbəsinin müdiri  Vüsalə Əliyeva Xocalı  soyqırımında həlak olanların  xatirəsini  bir dəqiqəlik sükütla yad etməyi  iştrakçılardan xaiş etdi.
Sonra o, Xocalı soyqırımının bəşər tarixinin ən qanlı səhifələrindən olduğunu bildirdi. Qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilən soyqırımı, erməni millətçilərinin insanlığın düşməni olduğunu ortaya qoydu. Bu kütləvi qırğında yüzlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, yandırılıb və girov götürülərək ağır işgəncələrə məruz qalıb. Xalqımız bu soyqırımı aktını heç vaxt unutmayacaq.
Oxuculara  xidmət şöbəsinin  kitabxanaçısı  Ləman Əliyeva,  çıxışında bildirdi ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət!" beynəlxalq kompaniyası bu istiqamətdə çox uğurlu təbliğat aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Daha sonra oxucuya  xidmət şöbəsinin multi-mediya  mütəxəssisi Elnurə İmamquliyeva “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində lentə alınmış “Dərdimi çəkirəm” sənədli filmi proyektor vasitəsi ilə  nümayiş etdirdi.
Sonda  Xocalı soyqırımına həsr edilmiş “Bu qan  yerdə  qalmamalıdır!” adlı  sərgiyə baxış keçirildi.

 

60.9 KB

 

79.7 KB