Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə Regional Mədəniyyət İdarəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

25.03.2020

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi Koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasında Azərbaycan hökümətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.
Gəncə Regional Mədəniyyət İdarəsi eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını, dünyanı lərzəyə salan bu qorxulu infeksiyanın qarşısının alınmasını mühüm addım hesab edərək Fonda 5000 manat məbləğində vəsait köçürüb.

 

31.4 KB