Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“15 Sentyabr – Bilik günü”dür

14.09.2020

Samux rayon MKS-nin uşaq şöbəsinin təşəbbüsü ilə “15 Sentyabr – Bilik günü” adlı onlayn tədbir keçirilib.
Tədbirdə uşaq şöbəsinin fəal oxucuları iştirak edib. Şöbənin müdiri Venera Məmmədova tədbiri açaraq iştirakçıları salamladı və yeni tədris ilinin başlanması münasibəti ilə uşaqları təbrik etdi, onlara dərslərində uğurlar arzu etdi.
Tədbirdə iştirak edən uşaqlar şeirlər söylədilər.
Sonda mövzuya uyğun Venera Məmmədovanın hazırladığı videoçarx nümayiş olunub.

 

304.3 KB