Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Şuşanın mədəniyyəti” adlı onlayn tədbir keçirilib

11.01.2021

            Gəncə şəhəri T.Hacıyev adına 2 №-li Uşaq Musiqi Məktəbinin hazırladığı “Şuşanın mədəniyyəti” adlı onlayn tədbiri məktəbin direktoru Qahirə Məmmədova açıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

            Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Sonra məktəbin direktoru Qahirə Məmmədova 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-dək çəkən II Qarabağ Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, noyabr ayının 8-də respublikamızın qədim mədəniyyət mərkəzi, musiqi beşiyi Şuşa şəhərinin işğaldan azad olunmasından, eləcə də ölkə rəhbərliyinin müvafiq sərəncamı ilə Şuşa şəhərinin, Azərbaycanın Mədəniyyət Mərkəzi elan olunmasından danışdı.

            Tədbirdə Şuşa şəhəri haqqında foto görüntülər nümayiş olunub, şeirlər səsləndirilib, musiqi ifaları təqdim olunub.

 

34.8 KB

 

85.9 KB

 

127.7 KB