Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Dilimiz varlığımız, qeyrətimizdir” adlı onlayn oxucu konfransı keçirildi.

20.02.2021

Gəncə  Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 19.02.2021- ci il tarixində 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətlə "Dilimiz varlığımız, qeyrətimizdir" adlı onlayn oxucu konfransı keçirdi.Konfransı filialın müdiri Rahilə Qasımova açaraq tədbir haqqında iştirakçılara məlumat verdi, mövzu ətrafında çıxış etmək üçün sözü  Azərbaycan Dövlət Aqrar Universitetinin dillər kafedrasının dil-ədəbiyyat müəllimi Günay Abdullayeva verdi. İkinci çıxışcı 1saylı peşə liseyinin müəllimi Səkinə İsayev "Dilimizi qoruyaq və inkişaf etdirək"  sonra 24 saylı məktəbin dil-ədəbiyyat müəllimi  Təhminə Kərimova isə  "Dil xalqımızın varlığıdı, sərvətidi" başlığında çıxış etdilər.Tədbirdə oxucular və kitabxana əməkdaşları iştirak edirdilər

 

87.2 KB

 

97.7 KB

 

102.3 KB