Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Mənim ana dilim” adlı onlayn tədbir keçirilib.

20.02.2021

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Allıkənd kənd kitabxanasında “Mənim Ana dilim” başlığı altında onlayn tədbir keçrildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Mahirə Həsənova açaraq milli sərvətimiz, varlığımız və bütövlüyümüzün təcəssümü olan ana dilimizin bütün gözəllikləri və incəlikləri haqqında çıxış edib.

MKS direktoru Sadiqə Quliyeva çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ana dilimizin inkişafına və qorunmasına yönəlmiş dövlət strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsindən danışıb. Tədbirdə fəal oxuculardan Şahverdiyev Ələsgər, Babək Mirzəyev, Tamella Məhərrəmova iştirak ediblər.

 

61.5 KB