Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Ağdaban faciəsi” mövzusunda onlayn konfrans keçirilib

07.04.2021

Bu gün Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Samux rayon Mərkəzi Kitabxana Sistemi, Samux rayon Mədəniyyət Mərkəzinin və Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin əməkdaşlarının iştirakı ilə "Ağdaban faciəsi" mövzusunda onlayn konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tədbir iştirakçılarına Kəlbəcərin Ağdaban kəndində erməni quldurları tərəfindən dinc əhaliyə qarşı törədilmiş cinayətdən, dünya ölkələrinin xalqımıza qarşı ard-arda törədilmiş bu faciələrə göz yummasindan bəhs etdi. Samux rayon Mərkəzi Kitabxana Sisteminin direkoru Şəhla Abdullayeva Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Aida Abdullayeva həmçinin Samux rayon Kitabxana Sisteminin əməkdaşları Rübabə Şükürova mövzu ətrafında geniş fikir bildirdilər və bütün Qarabağda xalqimiza qarşı erməni quldurları tərəfindən törədilmiş cinayətlər kimi Ağdaban faciəsinin də 44 günlük müharibədə Şanlı Azərbaycan Ordusu tərəfindən qısası alındığını vurğuladılar. Sonda bütün faciə qurbanlarının əziz xatirəsi yad edildi

 

89 KB