Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər Z.Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin “Turan” skripkaçalanlar ansamblı Beynəlxalq müsabiqədə uğur qazanıb

07.04.2021

07 aprel 2021-ci il tarixində Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin “Turan” skripkaçalanlar ansamblı 2021-ci ilin mart ayının 20-də Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində keçirilən “Astana stars” (Astana ulduzları) VIII Beynəlxalq çoxjanrlı onlayn formatda “Bahar musiqisi” müsabiqəsində uğurla iştirak edərək I dərəcəli laureat Diplomuna layiq görülmüşdür.

            Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov “Turan” ansamblının rəhbəri Turan Şahbaziyə, konsertmeyster Ülviyyə Əliyevaya, şagirdlər; Çiçək Əmiraslanovaya, Aidə Verdiyevaya, Lətifə Məmmədovaya və Leyla Sadıxovaya Beynəlxalq müsabiqəsinin diplomunu təqdim etmiş, onlara daha böyük uğurlar arzulamışdır.

Təbrik edirik

 

61.5 KB

 

58.8 KB

 

63 KB