Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Gəlin birgə mütaliə edək”

11.02.2018

Gəncə şəhəri MKS-nin 13 saylı kitabxana filialında 11.02.2018-ci il tarixdə “Gəlin birgə mütaliə edək” başlıqlı ucadan oxu keçirdi. Mütaliə saatında kitabxananın daimi, kiçik yaşlı oxucuları iştirak etdilər.Uşaqların oxuduqları “Çəkməli pişik”, “Bacarıqlı qardaşlar”, “Üç dərzi”, “Büllur top”, “Məlikməmmədin nağılı”-dan ibarət nağıllar kiçik yaşlı oxucuların marağına səbəb oldu. Sonra nağılların mövzusu ətrafında sual-cavab aparıldı. Uşaqlar nağıllarda baş verən hadisələri ardıcıl olaraq muzakirə etdilər.