Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Bir şeir istədim səndən” adlı kitabın təqdimatı

15.02.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında Respublika Elmi Kitabxanasının Kitabsaxlayıcı şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı, tanınmış içtimaətçi, şair-publisist İradə Əlilinin “Bir şeir istədim səndən” adlı kitabının təqdimatı keçirildi.

Təqdimatda kitabxana əməkdaşları, oxucular iştirak etdi.

Təqdimatda çıxış edən Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva şair-publisist İradə Əlilinin həyat və yaradıcılığı barədə çıxış etdi. O qeyd etdi ki, İradə Əlili “Bir damla göz yaşında torpaq həsrəti”, “Vətənin cəsur döyüşçüləri”, “Döyüşçü qadının səngər xatirələri”, “Güllə səsindən doğulan kitab”, “Benim aşk dünyam” adlı kitabların müəllifidir.

Şair-publisist İradə Əlili çıxış edərək bildirdi ki, təqdim olunan “Bir şeir istədim səndən” adlı kitabında təqdim olunan şeirlərin, hekayələrin əsas xəttini doğma yurd, Vətən sevgisi, saf məhəbbət, dostluq təşkil edir.

MKS-də işləyən kitabxanaçıların öz müəllimləri İradə Əlili ilə görüşmələri böyük marağa səbəb oldu.

Təqdimatın sonunda xatirə şəkili çəkildi.