Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında “Şərqdə ilk Demokratik Respublika” dəyirmi masa

16.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında “Ailə və uşaqlara dəstək” mərkəzi ilə birgə Azərbaycan Xalq Cumhuriyyətinın 100 illiyinə həsr olunmuş “Şərqdə ilk Demokratik Respublika” mövzusunda dəyirmi masa təşkil olundu.

Tədbiri Mərkəzi Kitabxananın oxu zalının müdiri Sevda Əliyeva açaraq “Şərqdə ilk Demokratik Respublika” adlı məruzə ilə çıxış etdi.

M.Ə.Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət XX əsrin sonunda yenidən bərpa olundu. Müasir Azərbaycan bu gün demokratik, hüquqi, dünyavi dövlət quruculuğu yolunda inamla irəliləyir.

Sonra mərkəzin Sosial pedaqoqu, təlimçi Südabə Həsənova “Ulu öndər Heydər Əliyevin Müstəqil Azərbaycanın yaranmasında rolu” adlı məruzə ilə çıxış etdi.

Ailə və uşaqlara dəstək mərkəzinin sosial pedaqoqu İnarə Həsənova çıxış etdi. Sonda tədbir iştirakçıları “Azərbaycan Xalq Cumhuriyyəti – 100” adlı sərgi ilə tanış oldular.