Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Goranboy rayon Mədəniyyət Mərkəzində “Tarixin qanlı səhifəsi” adlı tədbir

16.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2 №-li tam orta məktəbdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Tarixin qanlı səhifəsi” adlı tədbir keçirildi.

Tədbirdə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər söylədilər. Tədbirin sonunda Xocalı soyqırımının vəhşiliklərini əks etdirən film nümayiş etdirildi.