Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

“Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”

16.04.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Goranboy rayon Mərkəzi Kitabxana Sisteminin işçiləri şəhər İnternat məktəbində “Narkomaniyaya qarşı mübarizə sağlam həyat tərzidir” mövzusunda konfrans keçirdilər.

Mərkəzi Kitabxananın əməkdaşı Ülviyyə Kazımova “Narkomaniya və Narkobiznesə qarşı beynəlxalq mübarizə” mövzusunda məruzə ilə çıxış etdi. Mərkəzi Kitabxananın Oxu zalının müdiri Sevda Əliyeva, Mərkəzi Kitabxananın əməkdaşı Günel Vəliyeva, İnternat məktəbinin müəllimi Bilul Quliyeva məruzə ərtafı çıxışlar etdilər. Çıxış edənlər narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlardan danışaraq onun insan həyatını necə zəhərlədiyini qeyd etdilər, zərərli vərdişlərdən uzaq durmağı tövsiyə etdilər. Çıxışçılar qeyd etdilər ki, narkomaniya ilə mübarizə ümumxalq işidir. Hamı sağlam sabahımız naminə bu mübarizədə fəal olmalı, məsuliyyət hiss etməlidir.

 

18.2 KB

 

19.6 KB