Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

“Heydər Əliyev və Xalq Cümhuriyyəti”

13.04.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 13 aprel tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Heydər Əliyev və Xalq Cümhuriyyəti” mövzusunda tədbir keçirildi. Kitabxananın müdiri Lyudmila Axundova iştirakçıları salamlayaraq bildirdiki 28 May 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının tarixində çox böyük bir hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Məmməd Əmin Rəsulzadə və silahdaşları Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin timsalında parlamentli respublika kimi yeni bir dövlətçilik ənənəsinin əsasını qoydular. Bu amil Azərbaycan xalqının milli dövlətçiliyə və demokratik dəyərlərə bağlılığının tarixi ənənələrinin mövcudluğundan xəbər verir. AXC-nin varisi Azərbaycan Respublikası 1991- ci ildən yenidən dövlət müstəqilliyinə qovuşdu.Müstəqilliyin bərpası məsələsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xüsusi və müstəsna rolu var. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaq təhlükəsindən xilas oldu, öz müstəqilliyini qoruyub saxladı.....

Mövzu ətrafında Heydər Əliyev Mərkəzinin fond müdiri İlknur İsgəndərova, Nail Abdullayev və başqaları çıxış etdilər.

Tədbirdə Heydər Əliyev Mərkəzinin kollektivi və kitabxananın fəal oxucuları iştirak edirdi.

 

129.7 KB