Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

“Məndə sığar iki cahan, Mən bu cahana sığmazam”

16.04.2018

16.04. 2018 –ci il tarixdə Gəncə şəhər MKS – nin 15 saylı kitabxana filialı Azərbaycanın böyük şairi və mütəffəkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyi ilə əlaqədar “Məndə sığar iki cahan, Mən bu cahana sığmazam” başlığı altında şeir gecəsi keçirdi. MKS-nin 15-saylı kitabxana filialının müdiri Atlaz Cəfərova keçirilən tədbiri açıq elan etdi. O, çıxışında bildirdi , ki Azərbaycanın böyük şairi və mütəffəkiri İmadəddin Nəsiminin 600 ildir ki, adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir.Altı yüz ildir ki,məsləki uğrunda dara çəkilib dərisi soyulan,son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü şairlərin şerində,aşıqların sazında tərənnüm edilir. Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dildə ifadə etməyi bacaran qüdrətli sənətkarlardan biri olmuşdur. Onun ana dilindən başqa ərəb və fars dillərində də yaratmış olduğu divanlar şairin adının öz vətənindən çox- çox uzaqlarda bütün yaxın şərqdə şöhrətlənməsinə səbəb olmuşdur. Gəncə şəhər 27-saylı məktəbin ədəbiyyat müəllimi Zenfira Aslan “Nəsimi yaradıcılığında hürüfilik” mövzusunda, ədəbiyyat müəllimi Həsənov Nazim “Nəsimi yaradıcılığında fəlsəfi fikirlər” mövzusunda tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Məktəblilərdən Haqverdiyev Cabbar , Məmmədova Şəhanə , Abdullazadə Nigar , Həbibov Ümid , Namazova Fatimə , Yusifzadə Aygün , Həsənov Sübhan , Çobanova Ülkər , Məmmədov Rəvan , Məmmədova Şövkət , İmadəddin Nəsiminin şer və qəzəllərini söylədilər. Tədbirin sonunda fərqlənən şagirdlər məktəb – liseyin direktoru Kəmalə İsgəndərova tərəfindən Fəxri Fərmanla təltif olundular. Tədbirdə 27-saylı lisey məktəbinin şagirdləri iştirak etdilər.Məktəbin direktoru Kəmalə İskəndərova bu tədbirin keçirilməsində 15-saylı kitabxananın işçilərinə öz minnətdarlığını bildirdi.

 

28.5 KB