Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Müstəqil Azərbaycanın xilaskarı – Heydər Əliyev”

12.06.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Goranboy rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş günü münasibətilə "Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycanın xilaskarıdır" mövzusunda elmi-praktiki konfrans keçirildi.

Konfransda Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Tarix-diyarşünaslıq Muzeyi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak etdilər.

Tədbiri Heydər Əliyev Mərkəzinin direktor əvəzi Xəyyam Quliyev açıq elan etdi. O, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun gününün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu bildirdi.

Sonra Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi Ulduz Bağırova, Heydər Əliyev Mərkəzinin işçisi Türkan Nəcəfova və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi Ülviyyə Kazımova 15 İyun – Milli Qurtuluş günü münasibətilə geniş və ətraflı məlumat verdilər.

Sonda 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş videoçarx izlənildi.

 

33.1 KB

 

30 KB