Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

15 İyun – Milli Qurtuluş günüdür

12.06.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xocalı rayon Mədəniyyət evində 15 iyun – Milli Qurtuluş günü ilə bağlı Ümumrayon tədbiri keçirildi.Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Azərbaycan Respublikasının Prezident Adminstrasiyasında xaricdə yaşayan Azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyev, digər idarə müəssisə təşkilatların rəhbərləri və işçiləri iştirak edirdi.

Tədbirdə ilk öncə Milli Qurtuluş gününə həsr olunmuş filmə baxıldı.

Tədbirin açılışı üçün Xocalı rayon İcra Hakimiyyətinin Başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər üzrə şöbənin müdiri Lamiyə Qarayeva 15 İyun – Milli Qurtuluş günü ilə baglı geniş məruzə etdi.

Rayon MKS-nin təsərrüfat müdiri Şükür Bəşirov çıxışında 1997-ci il iyul ayının 16-da Ulu Öndər Heydər Əliyevin dəvətiylə keçirilən görüşün təfərruatları haqqında geniş məlumat verdi. Daha sonra cıxış ücün söz Azərbaycan Respublikasının Prezident Admistrasiyasında xaricdə yaşayan Azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyevə verildi. O, Ulu Öndərlə çiyin-çiyinə işlədiyi dövrdən geniş məlumat verdi.Sonda çıxış ücün soz rayon İcra Hakimiyətinin başçısı canab verildi. Şahmar Usubov çıxışında 1992-1993-cü illərdə parçalanmış ölkəmizin yenidən qurulmasından, müstəqilliyimizin qorunub saxlanmasından, günü-gündən inkişaf etməsindən danışdı və sonda Azərbaycan xalqını və tədbir iştirakçılarını 15 İyun – Milli Qurtuluş günü və Ramazan bayramı münasibəti ilə təbrik etdi.

 

32.5 KB

 

32.6 KB