Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Məzun şagirdin yaradıcılıq sərgisi

13.06.2018

Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin 2017/2018-ci tədris ilində bitirən məzun – Məhəmməd Məmmədxanovun rəsm əsərlərindən ibarət fərdi yaradıcılıq sərgisi nümayiş etdirildi.

Tədbiri Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov açaraq Regional idarənin rəisi, Əməkdar Mədəniyyət İşçisi Sənan Hacıyevin adından salamladı. O, sərginin 15 İyun – Milli Qurtuluş günü ərəfəsində təşkil edilməsindən, istedadlı gənclərə Dövlət qayğısından danışaraq gənc rəssamı təbrik etdi, ona uğurlar arzuladı.

Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov, müəllimlərdən Pərvanə Verdiyeva, Ramil Hüseynov çıxış edərək Məhəmməd Məmmədxanovu təbrik etməklə bərabər bütün məzunlara müvəffəqiyyətlər arzuladılar. Gənc Rəssam Məhəmməd Məmmədxanovun babası Cavanşir Əliyev, dayısı Aqil Əliyev və başqaları çıxış edərək öz ürək sözlərini dedilər.

Məhsəti Gəncəvi Mərkəzində 30-dan çox rəsm əsəri nümayiş etdirilən Məhəmməd Məmmədxanov öz növbəsində Uşaq Rəssamlıq Məktəbinin rəhbərliyinə, ona rəssamlıq sənətinin sirlərini öyrədən müəllimlərə, eləcə də bu yolda ona dəstək olan doğmalarına və tədbirə gələn bütün iştirakçılara öz minnətdarlığını bildirdi.

Tədbirin aparıcısı Bəxtiyar Muradov 15 İyun – Milli Qurtuluş günü ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun şəxsində Azərbaycan Xalqını tədbir iştirakçıları adından və bütün gəncəlilər adından təbrik etdi. Müstəqil Azərbaycana sülh, əmin-amanlıq, davamlı inkişaf və tərəqqi arzu etdi.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə nümayiş etdirilən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılandı.

 

17.3 KB

 

83 KB