Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İran İslam Respublikasının Milli Orkestri Gəncədə

29.06.2018

Azərbaycan Respublikası və İran İslam Respublikasının müvafiq Nazirlikləri arasında 2018-2021-ci illər üçün mədəni mübadilə proqramına əsasən 27 iyun – 1 iyul tarixlərində ölkəmizdə İran Mədəniyyəti günləri keçirilir.

Tədbir çərçivəsində İranın incəsənət ustalarının iştirakı ilə konsertlər, sərgi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulub.

İyun ayının 27 və 28-də İran mədəniyyəti günləri respublikamızın paytaxtı Bakı şəhərində keçirilmişdir.

Azərbaycan və İran Respublikaları arasında keçirilən Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir.

Mədəniyyət Günlərinin proqramına əsasən İran Milli Orkestri bu gün Gəncə şəhərində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında maraqlı konsert proqramı ilə çıxış etdi.

 

21.9 KB