Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Polis işçilərinin peşə bayramına həsr olunmuş konsert

02.07.2018

Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evi və 3 №-li Uşaq Musiqi Məktəbinin birgə konsert proqramı Azərbaycan Polisinin yaranmasının 100 illiyinə həsr olundu.

Xocalı rayon polis şöbəsinin qarşısında polis gününün 100 illiyi ilə bağlı tədbir keçirildi.

Tədbirdən öncə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən "Heydər" parkında gülqoyma mərasimi kecirildi. Daha sonra tədbir açıq elan olundu. Tədbirdə ilk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, sonra Xocalı rayon polisləri Dövlət himnimizi səsləndirdilər.

Çıxış üçün söz polis şöbəsinin şəxsi heyyətlə iş üzrə müavini polkovnik- leytenant Məzahir Quliyevə verildi. O öz növbəsində bütün Azərbaycan polislərinin peşə bayramını təbrik etdi və bir sira pəhləvanlıq nümunələri göstərdi.

Xocalı rayon prokuroru, kiçik ədliyə müşaviri Kamran Məmmədov öz çıxışında, polislərə şərəfli peşə yollarında uğurlar arzuladı.

Rayon polis şöbəsinin rəisi polkovnik Eldar Bağırov polisləri təbrik edərək, fərqlənən polislərə fəxri fərman, mükafat və bir sıra hədiyyələr təqdim etdi. Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov polisləri təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzuladı.

Xocalı rayon Mədəniyyət evi və 3 nömrəli Uşaq Musiqi Məktəbinin birgə konsert proqramı maraqla qarşılandı.

 

37.7 KB

 

40 KB