Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Dərdlər böyük olanda

23.07.2018

23 iyul 2018 - ci il tarixdə MKS - nin 7 saylı kitabxana filialında Ağdam rayonunun işğalı ilə əlaqədar “ Dərdlər böyük olanda ” adlı söhbət keçirildi. Söhbəti böyük kitabxanaçı Könül Mirxudayeva aparırdı. O, Ağdam rayonunun işğalı haqqında məlumat verdi, Qarabağ döyüşlərində həlak olan Ağdam şəhidlərinin əziz xatirəsi anıldı. Söhbətin sonunda kitabxanaçı qeyd etdi ki, yaman günün ömrü az olar, artıq 25 ildir ki, ağrısı, əzabı çəkilməz olan Ağdamsız günlər sona yetəcək. İnanırıq ki, illərdən bəri gözlədiyimiz gün - həsrət sona yetəcək və ümidlərimizin çiçək açacağı gün uzaqda deyil. Tədbirin sonunda iştirakçılar mövzu ilə əlaqədar hazırlanmış kitab sərgisi və video çarxla tanış oldular.

 

31.4 KB