Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Dilim dillər tacıdır

01.08.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialında 1 avqust – Azərbaycan Dili və Azərbaycan Əlifbası günü münasibətilə “Dilim dillər tacıdır” adlı tədbir keçirildi.

Filialın müdiri Firuzə Yunusova öz çıxışında qeyd etdi ki, 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd edilir. Biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. İnsan üçün öz ana dili şirindir. Mənim dilim isə dillər tacıdır. Onun saflığını çox həssaslıqla, əsgər sərhədi qoruduğu kimi qorumaq lazımdır. Ana dilini bilməyənlərə bu vətən qürbətdir və onlar bu vətəndə qəribdir, yaddır.

Filialın böyük kitabxanaçısı Kifayət Məmmədova öz çıxışını ümummilli lider Heydər Əliyevin sözləri ilə başladı: "Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur". Bu deyim dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.

Tədbirin sonunda dilimizə həsr olunmuş şeirlər söylənildi.

 

52.5 KB

 

166.2 KB