Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Dil xalqın varlığıdır”

01.08.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialında 01 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü ilə əlaqədar “Dil xalqın varlığıdır” mövzusunda söhbət keçirildi.

Tədbiri giriş sözü ilə 19 saylı filialın kitabxanaçısı Zərnigar Vəliyeva açaraq, 01 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunduğunu bildirdi. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir.

Sonra Zərnigar Vəliyeva 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanunun qəbul olunmasından, 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılmasından bəhs etdi. Ana dili milli təhsil, milli birlik deməkdir. Milli dili olmayan, milli dilini qoruyub saxlamayan bir xalqın ölümü ilə diriliyi fərqlənmir, yaşayıb-yaşamaması bilinmir. Biz bu zəngin, musiqili, ahəngdar dilimizin saflığını yad ünsürlərdən qorumalı, yaşatmalıyıq.

 

29.8 KB