Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Məhsəti Gəncəvi Mərkəzində tədbir

03.09.2018

KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gürcüstan Respublikasının nümayəndə heyyəti “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsinə əsasən Gəncə-Qazax regionuna mübadilə səfəri çərçivəsində Gəncə mətbəxi ilə, Gəncə şəhərinin tarixi, mədəni, dini, memarlıq abidələri ilə; Heydər Əliyev Mərkəzi və Park Kompleksi, Nizami Məqbərəsi, Nizami Muzeyi, Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Azərbaycan Xalq Cumhuriyyəti Muzeyi, Cümə Məscidi, Çökək Hamam, Cavad Xan Məqbərəsi, Gəncə Dövlət Filarmoniyası, Heydər Əliyev meydanı, Butulkalı ev, Rus kilsəsi və Məhsəti Gəncəvi Mərkəzi ilə tanış oldular.

Qonaqlar Məhsəti Gəncəvi Mərkəzində rəsm, dekorativ tətbiqi sənət nümunələrindən ibarət nümayiş etdirilən sərgiyə baxdılar.

Gürcüstanın nümayəndə heyyətinə Məhsəti Gəncəvi Mərkəzində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Dövlət Kamera Orkestrinin konsert proqramı təqdim olundu.

 

14.8 KB

 

13.1 KB