Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Əldə qələm tutmağı bizə sən öyrətdin, sən

05.10.2018

5.10.18 - ci il tarixdə MKS - nin 7 saylı kitabxana filialı M. C. Paşayev adına 39 saylı orta məktəbin 5 - ci sinfində Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar “ Əldə qələm tutmağı bizə sən öyrətdin sən “ adlı şeir saatı keçirdi. Kitabxanaçıla əlamətdar günlə bağlı qısa məlumat verərək müəllimləri təbrik etdilər və şərəfli işlərində uğurlar arzulayaraq, uşaqlara müəllim əməyindən söz açdılar. Əsil müəllimin şagirdlərə bilik öyrətməklə yanaşı, öz ğözəl xarakteri ilə mənəvi keyfiyyətlər də aşiladığını söylədilər.. Sonra isə şagirdlər sevimli müəllimlərə həsr olunmuş M.Ə.Sabirin “Müəllim”, S.Vurğunun “Müəllimlik”, M. Dilbazinin “Müəllim”, R.Yusifoğlunun “Müəllim qələmi “, b.şeirləri söylədilər.

 

26 KB