Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi”

08.10.2018

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, AMEA-nın Fəlsəfə İnstitutunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” adlı dəyirmi masa keçirildi.

Dəyirmi masanı Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə acaraq dəyirmi masa iştirakçılarını salamlayaraq Azərbaycanın multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini özünə cəlb etməsindən, eləcə də tədbirin əhəmiyyətindən danışdı.

Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmləri üzrə fəlfəsi doktoru Asif Usubəliyev çıxış edərək bildirdi ki, bu tədbir Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli müvafiq saylı Sərəncamı ilə əlaqədar “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsinə dair tədbirlər planına uyğun olaraq 25-26 oktyabr 2018-ci il tarixində keçiriləcək Mədəniyyət Nazirliyi tərəfindən Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunmuşdur.

Dəyirmi masada AMEA-nın Fəlsəfə İnstitunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, İnformasiya təminatı şöbəsinin müdiri Yadigar Məmmədli, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları Ceyhun Əhmədov, Nürəddin Babazadə, Cavad Əliyev, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Üzeyir Babakişiyev, Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasının müdiri, dosent Asim Məmmədov çıxış etdilər.

Çıxışlarda xüsusi vurğulandı ki, multikulturalizm və tolerantlıq milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq tarixən Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzi olmuşdur.

Tədbir iştirakçıları Gəncə şəhər Uşaq İncəsənət və Rəssamlıq Məktəbinin rəsm sərgisinə baxdılar, həmcinin F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası Dövlət Kamera Orkestri kvartetinin çıxışını dinlədilər.

 

33.6 KB

 

39.5 KB