Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qarabağım talan oldu, igidlərin Şəhid oldu”

09.10.2018

09.10.2018-ci il tarixdə MKS-nin 6 saylı Gənclər kitabxana filialında  “Qarabağım talan oldu, igidlərin Şəhid oldu” başlığı altında Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yunis Əsgər oğlunun anadan olmasının 60 illik yubileyi münasibəti ilə söhbət keçirildi. Tədbiri kitabxanaçı Xəyalə İsmayılova açaraq Milli Qəhrəmanımız Əliyev Yunis Əsgər oğlunun həyatı və qəhrəmanlıqla dolu döyüş yolu haqqında ətraflı danışdı.Bildirdi ki, Yunis Əliyev ,Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Əliyev Yunis Əsgər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. 16 iyun 1992-ci ildə doğma kəndində- Qızılhacılıda (Goranboy rayonu) dəfn edilmişdir. Qızılhacılı kənd 3 saylı uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

 

175.7 KB