Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaqlarla görüş

09.10.2018

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 9 oktyabr 2018-ci il tarixdə 45 saylı xüsusi məktəbdə əlil uşaqlarla görüş keçirdi.

Kitabxana kollektivi 7a sinif rəhbəri Məmmədova Elza müəllimə-nin sinifində oldu, kitabxanadan apardıqları nağıl kitabları ilə uşaqları tanış etdi. Bu kitablar uşaqlarda sanki bir oyanış yaradaraq, nağılları oxuyub tanımaq istəyi yaratdı. Böyük kitabxanaçı Səkinə Tahirova uşaqlara bir neçə nağıl oxudu. Bu nağılları uşaqlar maraqla dinlədilər. Bir daha çoxlu nağıl oxunmasını istədilər.

Allahverdiyev Məhəmməd, Səlimova Ayişə, Oktyabrski Fuad, Həsənova Ceyran, İsmayılov İbrahim, Cəfərov Əli məktəbdə öyrən-kləri nağılları danışdılar.

Sonra kitabxana kollektivi 7/1 sinif rəhbəri Rüstəmova Zərnişan müəllimənin sinifidə oldu. Səkinə xanım bu sinifdə kitabxanadan apardıqları SD-lərlə uşaqları tanış edərək, bir neçəsini onlara görüntülü izlətdii.

Görüntülü nağılları diqqətlə dinləyən uşaqlar arasında Nəzərov Şəhriyar , Gülzar İbrahimovanın “Dostlaşmış nağıllarından” bir parça yadında saxlaya bildiyi hissənii danışdı.

Bu görüş uşaqların xoşuna gəldi. Onlar yenə də nağıl kitabıarının məktəbə gətirilib onlara oxunmasını istədilər.

Sonda kitabxanaçı məktəb rəhbərliyinə minnətdarliğını bildirərək, kitabxanada yaradılmış nağıl otağı haqqında məlumat verdi, kitab-xanadan, nağıl kitablarından istifadə etmələrini tövsiyyə etdi.

 

40.3 KB