Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Azərbaycanın canlı tarixi”

10.10.2018

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 10 oktyabr 2018-ci il tarixdə Azərbaycanın görkəmli alimi Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Azərbaycanın canlı tarixi” başlığı altında oxucu konfransı keçirildi.

Tədbirdə kitabxananın fəal oxucuları və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri iştirak edirdilər.

Kitabxananın müdiri Lyudmila Axundova tədbir iştirakçılarını salamladı. O,qeyd etdi ki, Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmlər doktoru, professor Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti sərəncam imzalamışdır.

Konfransda ADAU-nun müəllimlərindən Musayev Telman, Məmmədov Ələmdar, Bayramov Şəhriyar, Allahverdiyev Tofiq, Həsənova Aynur akademik Cəlal Əliyevin fundamental elmi araşdırmaları və nailəyyətlərinə dair maraqlı məruzələrlə çıxış etdilər

 

20.6 KB