Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Mənim nağıllı dünyam“

10.10.2018

Gəncə MKS-nin Uşaq şöbəsinin işçiləri 10.09.2018-ci il tarixində fizki qüsurlu və sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 45 nömrəli məktəbdə oldu. Məqsədimiz onların asudə vaxtlarının səmərəli keçməsini təmin etmək mütaliə maraqlarını artırmaqdır. Xüsusi qayğıya ehtiyacı olan uşqalar kitabxana işçilərinin gəlişinə çox sevindilər. Şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva “Mənim nağıllı dünyam“ başlığı altında nağıl saatı keçirtdi. Uşaqlara “365 nağıl “kitabından “Varlı ağa və kəndli”, “Sehrli inci”, “Meymunun şahlığı” nağıllarıı oxundu. Sonra şagirdlərdən Qasımova Lalə, Quliyeva Nurcan, Əliyev Seymur öz bildikləri nağıllardan danışdılar. Məmmədova Reyhan “Əziz müəllim”, İsmayılova Ibrahim isə “Azərbaycan”şeirlərini ifa etdilər. Uşaqların əhval-rühiyyəsindən bu tədbirin onlara böyük sevinc bəxş etdiyi aydın göründü. Müəllimlər kitabxana işçilərinə belə tədbirlərin te-tez keçirilməsini xahiş etdilər. Sonda şöbənin müdiri Ellada Rəhimova məktəb kollektivini Uşaq Kitabxanasına dəvət etdi və bildirdi ki, onlara hər zaman kitabxana xidməti göstərməyə məmnun olarıq.

 

36.4 KB