Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bayrağımız zəfərimizdir”

06.11.2018

6.11.2018-ci il tarixdə MKS-nin 24№li kitabxana filialı 9 noyabr Azərbaycan Dövlət Bayraq günü münasibətilə 19№li orta məktəbdə 62 sinif şagirdləri ilə “Bayrağımız zəfərimizdir”adlı sual-cavab gecəsi keçirdi. Kitabxana filialının müdiri Rahilə Qasımova tədbir işrirakçılarını qarşıdan gələn 9 noyabr Azərbaycan Dövlət bayrağı günü münasibətilə təbrik edirək, tədbir haqqında ümumi məlumat verdi.

Məktəbin tarix müəllimi Dilbər müəllimə, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraöımızın yaranma tarixindən, ifadə etdiyi rəmzlər haqqında danışdı. Sual-cavab gecəsinin iştirakçıları iki - “Bilik”, və “Zəka” komandasından ibarət idi. Tədbir iştirakçıları hər iki komandanın oyunçularına uğurlar arzuladılar. “Bilik” komandası 7 suala, “Zəka” komandası isə 5 suala düzgün cavab verdilər. 2 sualı isə tamaşaçı qismində iştirak edən şagirdlər cavablandırdılar. Tədbir şagirdlərin çox böyük həvəs və coşqunluğu ilə başa çatdı.Cavablar açıqlana qədər Hüseynova Şirin C. Cabbarlının “Azərbaycan bayrağına” şeirini söylədi.

Üç nəfər münsif - ekspertlər “Bilik” komandasının 7:5 hesabı ilə qalib gəldiyini elan etdi. Hər iki komandanın üzvülərinə bir neçə gün əvvəl bayraq rəsmi çəkilməsi də tapşırılmışdı. “Bilik” komandasının üzvüləri tərəfindən çəkilən bayraq rəsmi daha yüksək qiymətləndirildi. Tədbir həm iştirakçılara, həm izləyicilərə çox maraqlı oldu..

 

25 KB