Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Heydər Əliyev irsi – dünyanın təfəkkür xəzinəsidir”

08.12.2017

Goranboy rayon Heydər Əliyev Mərkəzində 08 dekabr 2017-ci il tarixində Goranboy rayon Mədəniyyət Mərkəzi  və Mərkəzi Kitabxana Sistemi ilə birgə Azərbaycan xalqının Ümumimilli lideri Heydər Əliyevin  həyat və fəaliyyətinə həsr olunmuş  “Heydər Əliyev irsi – dünyanın təfəkkür xəzinəsidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon ictimaiyyəti nümayəndələri və rayon ziyalıları iştirak etmişdir.

           Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Müzeyi ilə tanış olmuş və Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən  Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlı  ətraflı məlumat verilmişdir.

Sonra tədbir iştirakçiları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən qısa metrajlı film izləmişdirlər.

        Konfransı giriş sözü ilə açan Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev Ulu Öndərin 34 illik şərəfli fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev xalqımızın xilaskarı və iftixarı olmuşdur. Heydər Əliyev müstəsna xidmətlərinin nəticəsidir ki, Azərbaycan bu gün dünya düzəmində öz laiqli yerini tutmuşdur. Heydər Əliyev irsi təkcə Azərbaycan xalqının deyil  eyni zamanda bəşəri irsdir.

          Konfransda çıxış eden digər natiqlər Heydər Əliyev irsinin bu gün laiqincə təbliğ olunduğunu  və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  ölkəmiz çox böyük tərəqqiyə nail olduğunu bildirmişdirlər.